Müayinə üsulları

Diaqnostik müayinələr

Gəncə filialında standart oftalmoloji müayinələrlə yanaşı perimetriya, ultrasəs müayinəsi, optik koherent tomoqrafiya, optik koherent tomoqrafiya-angioqrafiya və digər göz müayinələri aparılır.

Dr. Qafar Tağıyev müayinə otağında; arxada şırım lampası
Müayinə otağında

Standart oftalmoloji müayinə

  • Tonometriya — gözdaxili təzyiqin ölçülməsi.
  • Avtorefraktometriya — gözün refraksiyasının, yəni «mənfi» (miopiya) və ya «müsbət» (hipermetropiya) olmasının və astiqmatizmin təyini.
  • Vizometriya — görmə itiliyinin yoxlanılması.
  • Biomikroskopiya — şırım lampası ilə, yəni mikroskop altında gözün görünən bütün təbəqələrinin müayinəsi.

Göz dibi müayinəsi

Torlu qişa, görmə siniri və damarlar adətən bəbək damcı ilə genəldildikdən sonra müayinə olunur. Şəkərli diabeti olanlara bu müayinə şikayət olmasa belə ildə ən azı bir dəfə tövsiyə edilir. Bəbək genəldildikdən sonra bir neçə saat görmə bulanıq ola bilər və işıq narahatlıq verə bilər — müayinə günü maşın sürməmək məsləhətdir.

Optik koherent tomoqrafiya (OKT)

Torlu qişanın və görmə sinirinin qatlarını kəsik şəklində göstərən, təmassız və ağrısız görüntüləmə üsuludur. Makula ödemi, makula degenerasiyası, epiretinal membran kimi dəyişikliklərin aşkarlanmasında və müalicənin izlənməsində, həmçinin qlaukomada görmə sinirinin qiymətləndirilməsində istifadə olunur.

OKT-angioqrafiya (OKTA)

Torlu qişanın və damar qişasının damarlarını boya yeritmədən görüntüləyir. Diabetik retinopatiyada və yaş tip makula degenerasiyasında patoloji damarların qiymətləndirilməsinə kömək edir.

Perimetriya

Görmə sahəsinin — baxışı bir nöqtəyə yönəltdikdə ətrafı nə qədər gördüyümüzün — yoxlanılmasıdır. Qlaukomanın aşkarlanması və izlənməsində əsas müayinələrdən biridir.

Ultrasəs müayinəsi (B-skan)

Gözün daxili strukturlarının ultrasəslə müayinəsidir. Göz dibini birbaşa görmək mümkün olmadıqda (məsələn, sıx katarakta və ya şüşəvari cismə qansızma zamanı), həmçinin göz travmalarında istifadə olunur.

Körpələrdə göz dibi (ROP) müayinəsi

Vaxtından əvvəl doğulmuş körpələrdə torlu qişa damarlarının inkişafı yoxlanılır. Ətraflı: Prematür retinopatiya

Hansı müayinənin lazım olduğunu həkim şikayətlərə və ilkin müayinənin nəticəsinə görə müəyyən edir.

Video-müsahibə

Göz müayinə aparatları təqdimatı

Tonometriya, avtorefraktometr, vizometriya, şırım lampası

16 iyul 2026 · 30 san

YouTube-da izləyin: Göz müayinə aparatları təqdimatı
Dr. Qafar TağıyevOftalmoloq-cərrah, t.ü.f.d.

Saytda axtarış

Ən azı 2 hərf yazın.

Qəbula yazılın

Düyməni basdıqda WhatsApp-da hazır mesaj açılır; göndərmək üçün WhatsApp-da «Göndər» düyməsini basın. Sayt məlumatlarınızı saxlamır.