Dr. Qafar Tağıyev, oftalmoloq-cərrah

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi · Gəncə filialı

Dr. Qafar Tağıyev — Oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru

Katarakta (mirvari suyu) əməliyyatı, torlu qişa xəstəliklərinin müayinəsi və müalicəsi, göz dibi əməliyyatları və lazer müalicəsi. Qəbul Gəncə şəhərində, Pərviz Səmədov küçəsi 62 ünvanında aparılır.

  • Tibb üzrə fəlsəfə doktoru — dissertasiya 2014-cü ildə Moskvada müdafiə olunub
  • Moskvada MNTK «Göz mikrocərrahiyyəsi»ndə kliniki ordinatura (2007–2009) və aspirantura (2009–2012)
  • Vitrektomiya zamanı tətbiq olunan üsula dair Rusiya Federasiyası ixtira patentinin həmmüəllifi (RU 2428151, 2011)
  • Hindistanda fakoemulsifikasiya və kiçik kəsikli katarakta cərrahiyyəsi (2013), Gürcüstanda vitreoretinal cərrahiyyə, lazerlər və görüntüləmə (2015) üzrə təlimlər
Dr. Qafar Tağıyev əməliyyat mikroskopu arxasında
Əməliyyat zamanı

Dr. Qafar Tağıyev kimdir?

Qafar Tağıyev (Tağıyev Qafar Nəbi oğlu) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında şöbə müdiri vəzifəsində çalışan oftalmoloq-cərrahdır. 2014-cü ildə Moskvada, akademik S.N. Fyodorov adına «Göz mikrocərrahiyyəsi» kompleksinin dissertasiya şurasında torlu qişa qopmalarının cərrahi müalicəsinə həsr olunmuş dissertasiya müdafiə edib; tibb üzrə fəlsəfə doktorudur. Torlu qişa xəstəlikləri və katarakta cərrahiyyəsi üzrə mütəxəssisdir. Uşaq və böyük pasiyentləri qəbul edir.

Bioqrafiya 

Nə vaxt gecikmədən müraciət etmək lazımdır?

  • Göz qabağında qəfil işıq çaxmaları, birdən çoxalan «milçəklər» və ya görmə sahəsinin bir hissəsini örtən pərdə hissi yaranıbsa — bu, torlu qişanın qopmasının əlaməti ola bilər; təcili müraciət edin.
  • Bir gözdə görmə qəfildən azalıbsa — müayinəni təxirə salmayın.
  • Şəkərli diabetiniz varsa — şikayət olmasa belə ildə ən azı bir dəfə göz dibi müayinəsindən keçin.
  • 40–45 yaşdan sonra — ildə ən azı bir dəfə oftalmoloq müayinəsi.
  • Görmə tədricən dumanlanırsa, rənglər solğun görünürsə — bu, katarakta əlaməti ola bilər.
  • Körpəniz vaxtından əvvəl doğulubsa — göz dibi müayinəsinin vaxtını neonatoloq və oftalmoloqla dəqiqləşdirin.

Həkimin tövsiyəsi

«Bizim bölgədə pasiyentlər çox vaxt həkimə gec — xəstəliyin son mərhələlərində müraciət edirlər və buna görə həmişə istədiyimiz nəticəni almaq mümkün olmur. Xahişim budur ki, 40–45 yaşdan sonra ən azı ildə bir dəfə oftalmoloq müayinəsinə gələsiniz.»

Dr. Qafar Tağıyev

Videolar

Oftalmoloq, PhD. Dr. Qafar Tağıyev kimdir?

Təhsil və filialdakı müayinələr

13 iyul 2026 · 53 san

YouTube-da izləyin: Oftalmoloq, PhD. Dr. Qafar Tağıyev kimdir?

Mirvari suyu nədir?

Kataraktanın mahiyyəti və əməliyyat

15 iyul 2026 · 57 san

YouTube-da izləyin: Mirvari suyu nədir?

Bütün videolar 

Dr. Qafar TağıyevOftalmoloq-cərrah, t.ü.f.d.

Saytda axtarış

Ən azı 2 hərf yazın.

Qəbula yazılın

Düyməni basdıqda WhatsApp-da hazır mesaj açılır; göndərmək üçün WhatsApp-da «Göndər» düyməsini basın. Sayt məlumatlarınızı saxlamır.